Paris Olimpiya Oyunlarında italyan boksçu Anjela Karini əlcəzairli transgender İman Xəlifə qarşı mübarizəni 46-cı saniyədə dayandırıb.
Oxu.Az-ın sovsport.ru-ya istinadən verdiyi məlumata görə, hadisə 66 kq çəki dərəcəsində boks turnirinin 1/8 final döyüşü zamanı baş verib.
Bildirilib ki, mübarizə başlayanda Əlcəzair təmsilçisi italiyalı boksçuya zərbə endirib, bundan sonra Anjela Karini küncə çəkilib. Döyüş bərpa olunduqdan sonra İtaliyadan olan boksçu daha bir zərbə alıb və döyüşü dayandırmağı xahiş edib.
Mediada yayılan məlumatlara görə, Karini - "Mən dəhşətli ağrı çəkirəm, davam etmək istəmirəm", - deyib. Hakim rinqin mərkəzində İman Xəlifənin əlini qaldırmağa hazırlaşanda isə Karini - "Bu ədalətsizlikdir! Ədalətsizlikdir", - deyə qışqırıb. Sonra isə rəqibi ilə əl sıxmaqdan imtina edib.
Qeyd edək ki, 2023-cü il dünya boks çempionatının finalından əvvəl Xəlifə XY xromosomunun mövcudluğunu göstərən gender testindən keçə bilməmişdi. Buna baxmayaraq, idmançı Paris Olimpiya Oyunlarına buraxılıb.
Paris Olimpiya Oyunlarında italyan boksçu Anjela Karini əlcəzairli transgender İman Xəlifə qarşı mübarizəni 46-cı saniyədə dayandırıb.
Rəylər