Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya millisinin cinah hücumçusu Neymar bu yay "Barselona"ya qayıtmağa çalışsa da, "kataloniyalılar" futbolçunu komandada istəməyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalist Jerar Romero şəxsi "Instagram" profilində post paylaşıb.
O bildirib ki, futbolçu "kataloniyalılar"a öz xidmətini təklif edib, lakin klub Neymarın namizədliyindən üz çevirib.
"Barselona" Neymarın ciddi zədəsi səbəbindən futbolçunun təklifindən vaz keçib.
Qeyd edək ki, klub, həmçinin Neymarın maliyyə tələblərini ödəyə bilməyəcəyi üzündən transferdən imtina edib.
Rəylər