"Craig Jones Invitational" (CJI) turniri zamanı gözlənilməz hadisə baş verib. Belə ki, ABŞ-nin gürcüəsilli MMA döyüşçüsü Merab Dvalişvili tribunalara atılaraq tamaşaçılardan birinin saçından yapışıb.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.
Bildirilir ki, hadisə Merabın UFC-dəki Şon O'Melli ilə döyüşü ərəfəsində baş verib. Dvalişvilinin qəzəbinə səbəb tamaşaçının ona qarşı təhqiramiz sözlər qışqırması olub.
Qeyd edək ki, CJI turniri ABŞ-də 16-17 avqust tarixlərində keçirilir.
"Craig Jones Invitational" (CJI) turniri zamanı gözlənilməz hadisə baş verib. Belə ki, ABŞ-nin gürcüəsilli MMA döyüşçüsü Merab Dvalişvili tribunalara atılaraq tamaşaçılardan birinin saçından yapışıb.
Rəylər