Qarışıq döyüş sənəti (MMA) üzrə çıxış edən idmançımız Vüqar Kərəmov həbsdən çıxdıqdan sonra ilk döyüşünü keçirəcək.
Oxu.Az xəbərinə görə, Vüqar noyabrın 17-də yaponiyalı döyüşçü Kazumasa Macima ilə üz-üzə gələcək.
Yaponiyanın Naqoya şəhərində keçiriləcək döyüş "Rizin" təşkilatının "Landmark 10" turniri çərçivəsində baş tutacaq.
Qeyd edək ki, fevral ayının 24-də keçirilməli olan döyüş Vüqar Kərəmovun həbsdə olması səbəbindən təxirə salınmışdı. Kərəmov iyul ayından etibarən azadlığa buraxılıb.
Rəylər