İngiltərənin "Mançester Siti" klubu sosial şəbəkələrdə 30 yaşlı müdafiəçi Joao Kanselonu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transfer etdiyini açıqlayıb. Futbolçu ilə müqavilə 2027-ci ilə qədərdir.
Oxu.Az xəbər verir ki, bu barədə "Championship" məlumat yayıb.
"Hər şey üçün təşəkkür edirik, Kancelu" , - İngiltərə klubunun "X" sosial şəbəkəsindəki hesabında yazılıb.
🏆 3x Premier League
— Manchester City (@ManCity) August 27, 2024
🏆 1x UEFA Champions League
🏆 1x FA Cup
🏆 2x Carabao Cup
🥇 1x FIFPro World XI
🥇 2x PFA Team of the Year pic.twitter.com/LVcMAxvvR5
Daha əvvəl mediada Səudiyyə klubunun Kanceluya 3 il ərzində 70 milyon avro maaş təklif etdiyi barədə məlumatlar yayılmışdı.
Ötən mövsüm müdafiəçi İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edib. O, bütün yarışlarda 42 matçda iştirak edib, bu matçlarda dörd qol vurub və beş məhsuldar ötürmə edib. Ümumilikdə, müdafiəçi meydanda 3 318 dəqiqə keçirib. Futbolçunun "Mançester Siti" ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir.
"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.
Rəylər