İtaliya A seriyasında çıxış edən "Bolonya" klubu "Qalatasaray"dan Barış Alper Yılmaz üçün 20 milyon avro təklif göndərib.
Məlumata görə, mövsümü 5-ci pillədə başa vuran "Bolonya" klubu Çempionlar Liqasında çıxış etmək üçün vəsiqə əldə edib. Komanda bu səbəbdən yeni mövsüm üçün heyətini gücləndirmək qərarına gəlib.
Klubun baş məşqçisi Vinçenzo İtaliano Barış Alper Yılmazı heyətinə qataraq hücum xəttini gücləndirmək istədiyini deyib. Bu səbəbdən İtaliya klubunun rəsmiləri Barış Alperə elçi düşüblər.
Qeyd edək ki, "Qalatasaray" rəsmiləri isə futbolçunun keçidi ilə bağlı heç bir açıqlama verməyiblər.
İtaliya A seriyasında çıxış edən "Bolonya" klubu "Qalatasaray"dan Barış Alper Yılmaz üçün 20 milyon avro təklif göndərib.
Mənbə: Fotomaç.com.tr