Rusiyanın “Spartak” klubunun futbolçusu Kvinsi Promes azadlıqdan məhrum edilib.
31 yaşlı yarımmüdafiəçi 2020-ci ildə “Ayaks”da çıxış edərkən əmisi oğlunu bıçaqladığı üçün cəzalandırılıb. Amsterdam məhkəməsinin qərarına əsasən o, 1,5 il həbsdə qalmalı olacaq.
Promes özü məhkəmədə iştirak etməyib. Niderlandda yaşamayan futbolçunu həbs etmək mümkün olmayıb.
Mənbə: NOS
Rəylər