İspaniya La Liqasında təkcə bu ölkədə yox, bütün dünyada futbolsevərlərin böyük maraqla izlədikləri matç - "El-Klasiko" baş tutub.
Oxu.Az xəbər verir ki, çempionatın 11-ci turu çərçivəsində "Real Madrid" və "Barselona" İspaniya paytaxtındakı "Santyaqo Bernabeu" arenasında üz-üzə gəlib.
Əzəli rəqiblərin qarşılaşması gözlənilmədən qonaqların mütləq üstünlüyü ilə keçib və Kral klubunun darmadağını ilə yekunlaşıb. 54 və 56-cı dəqiqələrdə qol vuran Levandovski dubla imza atıb. 77-ci dəqiqədə Yamal fərqi üç topa çatdırıb. 84-cü dəqiqədə isə Rafinya dördüncü topu "Real"ın qapısından keçirib - 0:4.
Bu nəticədən sonra çempionatın lideri olan Kataloniya klubu ikinci pillədəki paytaxt təmsilçisi ilə arasındakı xal fərqini 6-ya çatdırıb (müvafiq olaraq, 30 və 24 xal).
Rəylər