Braziliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Qauçonun COP29 üçün gəldiyi Bakı səfəri başa çatıb.
Oxu.Az xəbər verir ki, Ronaldinyo səfəri zamanı Azərbaycan futbol klublarının yeniyetmə futbolçuları ilə, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb və BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirak edib.
Qeyd edək ki, Ronaldinyo noyabr ayının 12-də Bakıya gəlib, bu gün isə səfərini başa vurub.
Rəylər