Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov "Paris-2024" Yay Paralimpiya Oyunlarında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi Milli Paralimpiya Komitəsi (MPK) tərəfindən göndərilən sorğuya müsbət cavab verib.
Bununla da Azərbaycanın paralimpiya, dünya və Avropa çempionu "Paris-2024"də iştirak hüququ ("bipartite") əldə edib.
V.İsrafilov Fransa paytaxtında SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında mübarizə aparacaq.
Qeyd edək ki, "Paris-2024" Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
Rəylər