Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, doğma meydanda "Sumqayıt"ı qəbul edən "Şamaxı" 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu 2-ci dəqiqədə Giorgi Kantariya qonaqların qapısına vurub.
Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" "doğma divarlar" arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.
Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, Şamaxı stadionunda şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək.
Görüş saat 16:30-da başlayacaq.
Günün növbəti matçı isə "Azərsun Arena"da reallaşacaq. Son ölkə çempionu "Qarabağ" "Səbail"i sınağa çəkəcək.
Qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.
Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" doğma divarlar arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. Tura sabah baş tutacaq "Zirə" - "Neftçi", "Sabah" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
VI tur
14 sentyabr
16:30. "Şamaxı" - "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
Şamaxı şəhər stadionu
19:00. "Qarabağ" - "Səbail"
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev.
"Azərsun Arena"
Rəylər