UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun "Union" (Belçika) və "Roma"nın (İtaliya) qarşılaşdığı matç başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Brüsseldəki (Belçika) Rua Boduen-Koninq Budeveyn" stadionunda çıxış ediblər. Yekun nəticə 1:1 olub.
"Roma"nın futbolçusu Canluka Mançini 62-ci dəqiqədə qol vurub. "Union"un müdafiəçisi Kevin Mak Allister 77-ci dəqiqədə fərqlənib.
Hazırda "Roma" turnir cədvəlində beş xalla 16-cı, "Union" isə iki xalla 30-cu yerdədir.
Bu gün 21:45-də başlayan digər oyunların nəticələri aşağıdakı kimidir:
"Budyo Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan) 1:2
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Slaviya" (Çexiya) - 1:0
"Elfsborq" (İsveç) - "Braqa" (Portuqaliya) - 1:1
FKSB (Rumıniya) - "Midtyullann" (Danimarka) - 2:0
"Qalatasaray" (Türkiyə) - "Tottenhem" (İngiltərə) - 3:2
"Ludoqorets" (Bolqarıstan) - "Atletik" (İspaniya) - 1:2
"Nitsa" (Fransa) - "Tvente" (Niderland) - 2:2
"Olimpiakos" (Yunanıstan) - "Reyncers" (Qlazqo, Şotlandiya) - 1:1.
Rəylər