İtaliya A Seriyasında 11-ci turun mərkəzi qarşılaşması baş tutub.
Oxu.Az xəbər verir ki, çempionatın lideri "Napoli" doğma meydanda iddialı "Atalanta"nı qəbul edib.
Görüş gözlənilməz hesabla yekunlaşıb. Belə ki, meydan sahibləri öz qapılarından üç cavabsız top buraxıblar. Lukman dubla imza atıb - 0:3.
Bu nəticə sayəsində "Napoli" 25 xalla liderliyini qorusa da, "Atalanta" xallarını 22-yə çatdıraraq ikinci pilləyə yüksəlib.
Rəylər