Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Zelenski Filippin prezidentindən əsgərləri üçün xahiş etdi: "Nə qədər insanın buna ehtiyacı olacaq"
Ukrayna Prezidenti Volodimir Zelenski Filippin Prezidenti Ferdinand R.Markosdan psixoterapevtlərini Kiyevə göndərməsini xahiş edib.
Bu barədə Filippin liderinin Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bu istək ölkədə böhran şərtlərində Ukrayna əsgərlərinin rifahı və psixi sağlamlığının təmin edilməsinə kömək məqsədi daşıyıb.
Markosla görüşü zamanı Zelenski bildirib ki, ölkələrinin üzləşdiyi böhranın ön cəbhəsində olan əsgərlərin və müdafiəçilərinin psixi sağlamlığı sahəsində daha çox mütəxəssisə ehtiyac duyurlar.
"Müharibədən sonra nə qədər insanın evlərinə qayıtdıqları zaman psixoloji köməyə ehtiyacı olacaq", - deyə Zelenski bildirib.
Öz növbəsində Ferdinand R.Markos bu təkliflə razılaşıb və psixoterapevtlərini Ukraynaya göndərə biləcəklərini deyib.
"Düşünürəm ki, bu bizim təklif edə biləcəyimiz bir şeydir", - deyə o qeyd edib.
Markos vurğulayıb ki, Filippin yardım göstərilməsi baxımından səhiyyə sektorunda kifayət qədər məşhurdur və bu, sülhməramlı proses çərçivəsində ölkənin Birləşmiş Millətlər Təşkilatı (BMT) qarşısında götürdüyü öhdəliklərin bir hissəsidir.
"Mən, xüsusən də müharibədə iştirak edən mülki şəxslərə və günahsız insanlara kömək edə bildiyimizə əmin olmaq üçün əlimdən gələni etməkdən məmnunam", - deyə Markos əlavə edib.
"Ukrayna" teqi üzrə xəbərlər
- Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Bayden administrasiyasından Kiyevlə bağlı sonuncu qərar
- Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
- Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"