Zəlzələ Laçın rayonunda 4 bala kimi hiss olunub.
Bu barədə Oxu.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Ağdam stansiyasından 79 kilometr cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.
Həmçinin Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub.
Ermənistanın Xilasetmə Xidmətinin məlumatına görə, Azərbaycanla sərhəddəki bir neçə şəhərdə yeraltı təkanlar 3-4 bal gücündə hiss edilib.
Zəlzələ Laçın rayonunda 4 bala kimi hiss olunub.
Bu gün yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Noyabrın 23-də Laçın rayonu ərazisində 4.5 maqnitudalı zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dərinliyi 10 km olan zəlzələ yerli vaxtla 12:10-da baş verib.
Yeraltı təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.
Rəylər