Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ prokurorları Trampa mane olmağa hazırlaşırlar
Demokratlar Partiyasının güclü olduğu ABŞ-nin 6 ştatının baş prokurorları prezident seçkisində qalib gələn Donald Trampın qeyri-qanuni miqrantları kütləvi şəkildə ölkədən deportasiya etməsinin qarşısını almağa hazırlaşırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" yazır.
Bildirilir ki, Demokrat baş prokurorlar Trampın qeyri-qanuni mühacirləri kütləvi şəkildə deportasiya etməsinin qarşısını almaq üçün çoxlu sayda məhkəmə iddiaları hazırlayırlar.
Onların fikrincə, Trampın miqrantların kütləvi deportasiyası planlarını həyata keçirməsi ilə ən azı 4 milyon ailə ayrılacaq.
Nəşrdə yalnız beş ştatın - Nyu-Meksiko, Nyu-Cersi, Kolorado, Kaliforniya və Massaçusetsin adları qeyd olunur.
"Qeyri-qanuni miqrantlar" teqi üzrə xəbərlər
- Qeyri-qanuni daşıyıcılardan miqrantlara çağırış: "Tramp vəzifəyə başlayana qədər sərhədi keçin"
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəbdə oxuması üçün tələblər sərtləşdirilir
- Minlərlə miqrantdan ibarət karvan ABŞ sərhədinə doğru hərəkət edir
- Rusiyaya işləməyə gedən azərbaycanlıların nəzərinə: Patent məsələsində dəyişikliklər olacaq
- Polşa miqrantların qəbulunu dayandıra bilər
Rəylər