Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Valensiyada daşqın qurbanlarının sayı 200 nəfəri ötüb: Əlavə morq açılıb
İspaniyanın şərqindəki Valensiya vilayətində güclü daşqınlara səbəb olan fırtına nəticəsində ən azı 202 nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə regional təcili yardım xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Ölkənin müdafiə naziri Marqarita Robles daşqından zərər çəkmiş rayonlardan birində əlavə morq açıldığını bildirib.
Nazir çətin ərazilərdə işləməyə davam edən 1 200 ispan əsgərinə təşəkkür edib. Hazırda onlara daha 500 nəfər qoşulub. Ordu, aviasiya və donanma əhaliyə yardım göstərilməsində iştirak edir.
"İspaniyada daşqın" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər