Türkiyənin paytaxtı Ankarada günorta saatlarında başlayan güclü yağış nəticəsində küçə və yollar su altında qalıb.
Şəhərin Yenimahalle rayonunda iki uşağı sel aparıb. Güclü axından çıxa bilməyən uşaqlar əvvəlcə hərəkətdə olan avtomobilin, daha sonra isə park edilmiş avtomobilin altında qalıblar.
Ətrafdakı insanların səyləri nəticəsində uşaqlar avtomobilin altından çıxarılıblar və onlara ilkin tibbi yardım göstərilib.
Əraziyə sağlamlıq qrupları göndərilib və xilas edilən uşaqlar xəstəxanaya yerləşdiriliblər.
Baş verən hadisənin anbaan görüntülərini təqdim edirik:
Türkiyənin paytaxtı Ankarada günorta saatlarında başlayan güclü yağış nəticəsində küçə və yollar su altında qalıb.
Mənbə: İHA