Türkiyədə Oğuzhan Uğurun aparıcılıq etdiyi "Mövzular: Açıq mikrofon" proqramına qatılan qadının danışdıqları izləyiciləri kədərləndirib.
Ankarada 3 ay əvvəl boşanmaq istədiyi əri tərəfindən iki uşağı vəhşicəsinə öldürülən Cemile Yıldız adlı qadının göz yaşları içində çıxışı gündəm olub.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Xatırladaq ki, ötən aylarda Ankaranın Çankaya rayonunda inşaat mühəndisi olan Murat Keklik əvvəlcə oğlu Yağızın gözləri qarşısında bacısı Doğanı öldürüb, daha sonra isə oğluna anası Cemile Yıldıza videozəng etdirib. Gözü dönən Keklik görüntülü söhbət zamanı oğlunu da öldürüb, daha sonra isə özü intihar edib.
"Mən 6284-ü bilmirəm, İstanbul Sözləşməsini bilmirəm. Mən 2 uşaq anasıyam, hələ də anayam. 100 gün əvvəl mənim övladlarım ataları tərəfindən... Mələk oldular... 2 övladım ataları tərəfindən öldürüldü... Mən 100 gün hayqıra bilmədiyimi hayqırmaq üçün gəlmişəm bura. Mən sadəcə boşanmaq istəmişdim...", - deyə qadın sözləri ilə aralarında məşhur sənətçilərin də olduğu zaldakı hər kəsi sarsıdıb.
Türkiyədə Oğuzhan Uğurun aparıcılıq etdiyi "Mövzular: Açıq mikrofon" proqramına qatılan qadının danışdıqları izləyiciləri kədərləndirib.
Rəylər