Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyə XİN Azərbaycanda Milli Məclisə keçirilən seçki ilə bağlı bəyanat yayıb
"Ümid edirik ki, sentyabrın 1-də Milli Məclisə keçirilən seçki qardaş Azərbaycan üçün faydalı olacaq".
Oxu.Az xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanda keçirilən Milli Məclisə seçkiyə dair bəyanatında yer alıb.
"Parlament seçkisinin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının iradəsini ortaya qoyan bu seçki Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcəyinə inanırıq", - deyə Türkiyə XİN-in bəyanatında qeyd olunub.
Regarding the Parliamentary Elections in Azerbaijan https://t.co/cys7pyxDPZ pic.twitter.com/MH5i1CeeCf
— Turkish MFA (@MFATurkiye) September 1, 2024
"Türkiyə XİN" teqi üzrə xəbərlər
- Hakan Fidanla Blinken Cənubi Qafqazı müzakirə ediblər
- Türkiyədə terrorçuluqda ittiham olunan iki bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı
- Türkiyə XİN-dən Azərbaycan və Ermənistana sülh çağırışı
- Türkiyə XİN husilərin yük gəmisinə hücumunu pisləyib
- Türkiyə XİN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Rəylər