Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində bəzi müəssisələrdə təxliyənin reallaşdırılması zərurəti elan edilib.
Bu barədə Tatarıstan rəhbərinin mətbuat xidmətindən məlumat verilib.
Daha əvvəl isə regionun iki hava limanı - Kazan və Nijnekamskda təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb. Məhdudiyyətlər təhlükəsizlik məqsədilə tətbiq edilib.
Təyyarələr alternativ aerodromlara göndərilir.
Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi gecə ərzində Tambov, Belqorod, Voronej vilayətləri və Krasnodar diyarı üzərində hava hücumundan müdafiə qüvvələrinin ümumilikdə 32 pilotsuz uçan aparatı və beş gəmi əleyhinə raketi məhv etdiyini bildirib.
Mənbə: MK.ru