Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiya və Türkiyə XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Yaxın Şərq, Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Rusiya XİN məlumat yayıb.
BRICS ölkələrinin xarici işlər nazirlərinin Nijni Novqorod sammiti çərçivəsində Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşündə beynəlxalq gündəliyin əsas aspektlərinə toxunulub. Lavrov və Fidan Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Lavrov türkiyəli həmkarına Rusiyanın BRICS-də sədrliyinin prioritetləri barədə danışıb. Bundan əlavə, görüşdə Ukrayna münaqişəsi ətrafında vəziyyətə də toxunulub.
Rusiya XİN əlavə edib ki, Rusiya tərəfi cari məsələlərin həlli və qarşılıqlı fəaliyyətin genişləndirilməsi maraqları naminə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Mənbə: vesti.ru
"Sergey Lavrov" teqi üzrə xəbərlər
- Putin Ərdoğanla gizli razılaşıb: Şübhəli məqamlar hansılardır?
- Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib
- Lavrov: "Qərb Gürcüstanda rəngli inqilab təşkil etməyə çalışır"
- Rusiya və Türkiyə XİN başçıları regional məsələləri müzakirə ediblər
- ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsi üçün "Storm Shadow"dan istifadəyə icazə verdi
Rəylər