"Qırğızıstanda sel axınına düşən altı yaşlı qızın cəsədi Özbəkistanda tapılıb. Meyit "Dostuk" sərhəd məntəqəsi vasitəsilə Qırğızıstan tərəfinə təhvil verilib".
Oxu.Az-ın Qırğızıstan mediasına istinadla verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Bildirilir ki, həmçinin Oş şəhərində bir ailənin dörd üzvü - 1980-ci il təvəllüdlü qadın və onun 2005, 2014 və 2018-ci il təvəllüdlü üç qızı itkin düşüb. Onların axtarışları davam edir.
Xatırladaq ki, dünən Oş şəhərində Ak-Buura çayı daşaraq bir sıra küçələri və mərkəzi bazarı selə qərq edib. Sel, həmçinin Özgür, Madı, Toloykon və Borubay-Ata kəndlərinə ziyan vurub.
Su basmış ərazidən 450-dən çox insan təxliyə edilib. Oş şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qırğızıstanda təbii fəlakət: Selə düşən altı yaşlı qızın cəsədi qonşu ölkədə tapıldı
Rəylər