Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Livanda partlayışlarda ölənlərin sayı artıb
Ötən çərşənbə axşamı və çərşənbə günü Livanda peycer və portativ radioların partlaması nəticəsində ən azı 37 nəfər həlak olub.
Oxu.Az-ın "The National"a istinadla verdiyi məlumata görə, bu barədə Livan Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, çərşənbə axşamı 12 nəfər, çərşənbə günü isə baş verən partlayışlar nəticəsində 25 nəfər həlak olub. Onların hamısı Livan "Hizbullah" hərəkatının üzvləri olub.
Daha 2750 nəfər yaralanıb, xəsarət alanların durumu ağır olaraq qiymətləndirilir.
Çərşənbə günü Livanda baş verən simsiz rabitə cihazlarının partlayışları nəticəsində ölənlərin sayı 20-dən 32-yə yüksəlib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad bildirib.
O, yaralıların dəqiq sayını açıqlamayıb, lakin sentyabrın 17 və 18-də peycer, "Icom IC-V82" portativ ratsiyalar, smartfonlar və digər litium-ion batareyalı və günəş panelli cihazların partlamasından sonra xəstəxanalarda minlərlə yaralının qaldığını deyib.
Bundan əvvəl "Hizbullah" partiyasının silahlı qanadı simsiz rabitə cihazlarının partlaması zamanı 20 döyüşçü və komandirinin öldüyünü bildirmişdi.
Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla 2.8 minə yaxın insan yaralandı. Bir gün sonra, sentyabrın 18-də simsiz rabitə cihazlarının ikinci dalğa partlayışları oldu. Bu dəfə ölənlərin sayı artdı, həmçinin daha 460 nəfərin yaralandığı açıqlandı. Təkrar kiberhücum zamanı "Icom IC-V82" portativ ratsiyalar, smartfonlar və digər litium-ion batareyalı, həmçinin günəş panelli cihazlar partlayıb. "Reuters" agentliyinin məlumatına görə, ratsiyalar "Hizbullah" hərəkatı tərəfindən təxminən beş ay əvvəl, partlayan peycerlərlə, demək olar ki, eyni vaxtda alınıb.
"Livanda peycer partlayışları" teqi üzrə xəbərlər
- İsraildən Livanda peycer partlayışları ilə əlaqədar ETİRAF
- İran təyyarələrdə rabitə vasitələrini qadağan edib
- "Emirates" öz təyyarələrində peycerləri qadağan edib
- Rusiya FTX-nin direktorundan bəyanat: "Peycerlərin MDB ölkələrində də partladılması təhlükəsi var"
- "Hizbullah" Təl-Əvivdə "Mossad" qərargahına ballistik raketlə zərbə endirdi
Rəylər