Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsraildən Livanda peycer partlayışları ilə əlaqədar ETİRAF
İsrail ilk dəfə olaraq Livanda "Hizbullah" üzvlərinin peycerlərinin kütləvi partlamasına görə məsuliyyəti öz üzərinə götürüb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İsrail baş nazirinin sözçüsü Ömər Dosteri bəyan edib.
Onun sözlərinə görə Benyamin Netanyahu Livanda bununla bağlı göstəriş verdiyini təsdiqləyib.
Həmçinin "The Times of Israel" qəzeti yazıb ki, Netanyahu Nazirlər Kabinetinin iclasında peycerin partladılması əməliyyatının və Livan "Hizbullah"ının baş katibi Həsən Nəsrullahın öldürülməsinin yüksəksəviyyəli təhlükəsizlik rəsmilərinin müqavimətinə baxmayaraq həyata keçirildiyini bildirib.
Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla 2.8 minə yaxın insan yaralanıb. Bir gün sonra, sentyabrın 18-də simsiz rabitə cihazlarının ikinci dalğa partlayışları baş verib. Bu dəfə ölənlərin sayı artıb, həmçinin daha 460 nəfərin yaralandığı açıqlanıb.
Rəylər