Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ və Yaponiya Tayvan bölgəsində hərbi əməliyyatlar planı hazırlayır
ABŞ və Yaponiya silahlı qüvvələri dekabr ayı ərzində Tayvanda hərbi böhran baş verəcəyi təqdirdə birgə əməliyyatların ilk planını hazırlamaq niyyətindədirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" məlumat verib.
Bu plana, xüsusən də qonşu Filippində və Yapon adalarının cənub qərbində ABŞ raket qüvvələrinin yerləşdirilməsi daxildir.
Bildirilir ki, qeyd edilən ərazilərdə xüsusi istehkamlar quraşdırılacaq. Tayvan yaxınlığında böhran baş verərsə, bütün bu geniş ərazi hərbi əməliyyat bölgəsinə çevriləcək.
Ən çox oxunanlar
Rəylər