ABŞ hüquq-mühafizə orqanları Ağ Evin keçmiş rəhbəri Donald Trampa qarşı mitinq zamanı atəş açan şübhəli şəxsin avtomobilində partlayıcı qurğu aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, avtomobil Trampın keçirdiyi mitinqin yaxınlığında saxlanılıb.
Bundan başqa istifadə edilən silah rəsmi formada şübhəli bilinən şəxsin atası tərəfindən alınıb.
Bəzi respublikaçı konqresmenlər hesab edirlər ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampa uğursuz sui-qəsd onun 2024-cü il prezident seçkisində qələbə qazanma ehtimalını ciddi şəkildə artırıb.
Qeyd olunub ki, digər respublikaçılar o qədər də birmənalı nəticəyə gəlmirlər, lakin qeyd edirlər ki, bu hadisə Trampa seçki kampaniyasında dəstəyi gücləndirəcək.
Bildirilir ki, Trampı güllələyən sui-qəsdçi hadisədən əvvəl video paylaşıb. O, sabiq prezidentə nifrət etdiyini deyib.
"Mənim adım Tomas Metyu Kruksdur. Respublikaçılara və Trampa nifrət edirəm. Yanlış yoldasınız", - deyə o bildirib.
Trampa atəş açan şəxsin avtomobilindən partlayıcı qurğu tapılıb
FTB Trampı öldürmək istəyən şəxsin kimliyini müəyyənləşdirib.
Federal Təhqiqatlar Bürosu (FTB) prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyən edə bilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu, 20 yaşlı Tomas Metyu Kruksdur.
Xatırladaq ki, ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkisində namizədi Donald Trampa mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
09:06
ABŞ-nin eks-prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin kimliyi bəlli olub.
Oxu.Az "New York Post"a istinadən məlumat verir ki, onun adı Metyu Kruksdur.
Bildirilir ki, 20 yaşlı gənc Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşayır.
Kruks Trampa yüz metr aralıdakı zavodun damından atəş açıb. Lakin uğursuz sui-qəsdçi ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.
08:14
ABŞ-nin Federal Təhlükəsizlik Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu "sui-qəsd cəhdi" kimi təsnifatlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
Rəsmilər şübhəli şəxsin təkbaşına hərəkət etdiyi qənaətindədirlər. Onun niyyəti hələlik müəyyənləşdirilməyib.
05:30
ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə açıqlama verib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində paylaşım edib.
Siyasətçi atışmaya operativ reaksiya verdiyinə görə ABŞ Məxfi Xidmətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edib, həmçinin mitinqdə həlak olanların ailələrinə başsağlığı verib.
"Zərərsizləşdirilən nişançı haqqında heç nə bəlli deyil. Güllə qulağımın yuxarı hissəsini deşib. Atəş səsi eşitdim və güllənin dərimi deşməsini hiss etdim. Qanaxma başladı və nə baş verdiyini anladım", - o qeyd edib.
04:24
ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd zamanı mitinq iştirakçılarından bir nəfər həlak olub.
Oxu.Az "The Washington Post"a istinadən xəbər verir ki, Trampa atəş açan şəxs isə polis tərəfindən zərərsizləşdirilib.
04:20
ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniyada keçirilən mitinqi zamanı atəş açılıb.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, mitinqin yayımı siyasətçinin "YouTube" kanalında aparılıb.
Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb. Atəş açanın kimliyi məlum deyil, o. hələ ələ keçməyib.
Sabiq prezidentin sözçüsü Stiven Çun Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdindən sonra vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Əlavə olaraq KİV-də yayılan məlumatlara görə silahlı insidentdə iki nəfərin öldüyü güman edilir.
Trampa atəş açan şəxsin avtomobilindən partlayıcı qurğu tapılıb
Rəylər