Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçildilər
BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələrinə əsasən Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri məlum olub.
Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali iki il müddətinə müvəqqəti üzvlər seçiliblər.
Yeni seçilən üzvlər 2025-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaqlar.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 ölkədən - beş daimi və Baş Assambleya tərəfindən iki il müddətinə seçilən on müvəqqəti üzvdən ibarətdir. Daimi üzvlərin - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransanın "veto hüququ" var, yəni onlar qurumun müzakirəyə çıxarmaq istədiyi istənilən qərarı bloklaya bilər.
Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmaq üçün Baş Assambleyanın ən azı üçdə ikisinin (128 dövlət) dəstəyini qazanmaq lazımdır.
Mənbə: TASS
"BMT Təhlükəsizlik Şurası" teqi üzrə xəbərlər
- Səfir: "Hindistan işğal etdiyi Cammu və Kəşmirin xalqlarına işgəncələr verir"
- Dörd ölkənin lideri BMT TŞ-də islahatlar aparmağa çağırış etdi
- BMT Təhlükəsizlik Şurası Livanda peycerlərin partlaması ilə bağlı iclas keçirəcək
- Qərb ölkələri BMT-dən Ukrayna ilə bağlı təcili iclas tələb ediblər
- Rusiya bu gündən BMT Təhlükəsizlik Şurasının sədri oldu: Gözlənilən tədbirlər