Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rumıniyada prezident seçkisi: İlk turda rusiyapərəst namizəd qalib gəldi
Rumıniyada prezident seçkisinin birinci turunda müstəqil namizəd Kelin Corcesku qalib gəlib.
Oxu.Az xəbər verir ki, bu məlumatlar bülletenlərin 100%-i emal edildikdən sonra ölkənin Daimi Seçki Administrasiyasının internet saytında yerləşdirilib.
Corcesku 22.94% səs toplayıb. İkinci yerdə 19.18% səs qazanan sağ mərkəzçi Rumıniyanın Qurtuluşu İttifaqı Partiyasının lideri Yelena Laskoni qərarlaşıb. Sosial Demokrat Partiyasının sədri, Baş nazir Marsel Çiolaku 19.15% səslə üçüncü yerdədir.
Namizədlərdən heç biri, mütləq qələbə üçün lazım olan 50%+1 səs toplaya bilməyiblər. Beləliklə də, Corcesku və Laskoninin iştirakı ilə seçkinin ikinci turu dekabrın 8-də keçiriləcək.
Qeyd edək ki, "Rumıniya Trampı" adlandırılan 62 yaşlı Kelin Corcesku ölkənin NATO-da iştirakından ehtiyatlanır və Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.
Rəylər