Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avstraliya çimərliklərində sirli kürələrin mənşəyi məlum olub
Bu həftənin əvvəlində sahilə atılan və Sidneyin çimərliklərinin bağlanmasına səbəb olan qolf topu ölçüsündə təxminən 2000 sirli qara kürənin kosmetik və təmizləyici vasitələrin istehsalı ilə əlaqəli olduğu üzə çıxıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Avstraliyanın şəhər ətraf mühitin mühafizəsi idarəsinin nümayəndələri bəyan ediblər.
"Ətraf mühitin mühafizəsi idarəsinin tövsiyələrinə əsasən, biz təsdiq edə bilərik ki, kürələr təmizləyici və kosmetik vasitələrdə tapıla bilən yağ turşularından, kimyəvi maddələrdən və bir qədər mazutdan ibarətdir", - deyə bildirilib.
Yeni Cənubi Uels üzrə dəniz işləri direktoru Mark Hatçinqsin sözlərinə görə, kürələr qumda qaldıqda sağlamlıq üçün təhlükəli deyil, lakin onların mövcudluğu zamanı çimərliklərdən istifadə etmək qətiyyən tövsiyə olunmur.
Bu arada, ətraf mühitin mühafizəsi idarəsi tapıntıların haradan sahilə atıldığını öyrənmək üçün araşdırmaları davam etdirir.
"Bu hələ də müəyyən dərəcədə sirr olaraq qalır və mənşəyini müəyyən etmək üçün bir neçə gün daha lazım ola bilər", - idarənin rəhbəri Stiven Biman şərh edib.
Rəylər