Sidneydə 10-dan çox çimərlik neft məhsulları ilə çirklənmə səbəbindən bağlanıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Avstraliyanın Yeni Cənubi Uels ştatının Ətraf Mühitin Mühafizəsi İdarəsi (NSW EPA) sahildə neftin zibil və dəniz suyu ilə təmasından yaranan minlərlə qatran topasının aşkar edildiyini bildirib.
Sidneyin cənub-şərqində yerləşən şəhər çimərliklərinin yoxlanılması zamanı orada neft məhsulları və zibildən ibarət qara topalar aşkarlanıb.
"Çirklənmə qeydə alınan çimərliklərin ümumi sayı 11-ə çatıb. Bu istirahət yerlərinin hamısı qismən və ya tamamilə ziyarətçilər üçün bağlanıb", - idarədən bildirilib.
Qeyd olunub ki, hazırda NSW EPA əməkdaşları çirklənmə mənbəyinin axtarışı və onun ətraf mühit və cəmiyyət üçün yaratdığı təhlükənin təhlilini aparırlar.
Topaların ilk aşkar edildiyi Rendvik şəhər rayonunun bələdiyyəsindən bildirilib ki, çimərliklər zibilin toplanması və utilizasiyası başa çatanadək bağlı olacaq.
Rəylər