İstanbulda yerləşən süd vəzi xərçənginin müalicəsi üzrə Kompleks Mərkəz bütün zəruri müalicə metodlarını və ekspert tibbi yardımı təklif edir, xəstələri tam sağalmağa qədər dəstəkləyir.
"200-dən çox xərçəng növü mövcuddur və süd vəzi xərçəngi onlardan biridir. O, dünyada ən çox rast gəlinən xərçəng növüdür. Hər il əsasən qadınlar olmaqla, 2.3 milyon insana bu diaqnoz qoyulur", - deyə süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə mütəxəssis professor Mətin Çakmakçı bildirib.
Süd vəzi xərçənginin dəqiq diaqnostikası və effektiv müalicəsi
Xəstə "Acıbadem" klinikasına müraciət etdikdə, mütəxəssislər fiziki müayinə və ultrasəs, mammoqrafiya və ya MRT kimi rentgenoloji müayinələr daxil olmaqla, kompleks diaqnostika aparırlar. Əgər anormal bir törəmə aşkar edilərsə, biopsiya aparılır və nəticələr adətən 2-3 gün ərzində hazır olur. Diaqnoz təsdiqlənərsə, həkimlər metastazın mövcudluğunu yoxlayır və fərdi müalicə planı hazırlayırlar.
Digər tərəfdən, əgər süd vəzi xərçəngi artıq diaqnoz olunub və bütün zəruri testlər tamamlanıbsa, müalicə prosesi İstanbula gəlməzdən əvvəl planlaşdırıla bilər.
"Acıbadem" klinikasında döş xərçəngi necə müalicə olunur
"Acıbadem" klinikalar şəbəkəsində üç əsas müalicə üsulu tətbiq edilir: cərrahiyyə, sistemli terapiya (kimyaterapiya, immunoterapiya, hormon terapiyası) və radiasiya terapiyası. Hər bir xəstənin xəstəliyi unikal olduğu üçün müalicə strategiyası xəstəliyin növü, mərhələsi və genetik xüsusiyyətlərinə əsaslanaraq tərtib edilir.
· Sistemli terapiya - kimyaterapiya, immunoterapiya, hədəf və hormon terapiyasını əhatə edir və ağızdan qəbul edilə bilər və ya venadaxili tətbiq olunur.
· Cərrahiyyə erkən mərhələdə xəstəliyin əsas müalicə üsulu hesab edilir.
· Radioterapiya, qalan xərçəng hüceyrələrini hədəf almaq üçün tez-tez cərrahiyyədən sonra tətbiq olunur. "Acıbadem"də radiasiya terapiyası alan xəstələr, ən yüksək təhlükəsizlik və effektivlik səviyyələrini təmin edən inkişaf etmiş xətti akselerator cihazlarından faydalanırlar.
"Acıbadem" klinikasının əsas xüsusiyyətlərindən biri onkoloqlar, mammoloqlar, plastik cərrahlar, radioloqlar və patoloqlar daxil olmaqla, mütəxəssislərin sıx əməkdaşlığıdır ki, bu da müalicə prosesini daha ahəngdar və effektiv edir. Bütün zəruri diaqnostika bir yerdə aparılır, bu da xəstələri müxtəlif tibb müəssisələrini ziyarət etmək məcburiyyətindən azad edir.
Xərçəng əməliyyatından sonra döşün öncəki görünüşünü qorumaq
Bir çox qadınlar üçün mastektomiya ən qorxulu aspektlərdən biridir. Ancaq "Acıbadem" klinikasında həkimlər döşün qorunması üçün əlindən gələni edirlər. Əgər bu, mümkün deyilsə, xəstəyə şişin çıxarılması əməliyyatından dərhal sonra süd vəzi rekonstruksiyası aparılır ki, bu da döşün görünüşünün saxlanılmasına imkan verir.
Professor Mətin Çakmakçı süd vəzi xərçənginin çox gənc yaşda aşkar edilə biləcəyini bildirir:
"Arxamızda yaxşı nəticələr, ilhamverici hekayələr və olduqca xoşbəxt xəstələr var. Süd vəzi xərçənginin əksər halları 40 yaşından sonra baş verir və xəstələnmə riski yaşla artır. Lakin bu, 30, 25 hətta 20 yaşda süd vəzi xərçənginin istisna olduğu demək deyil. Bizim çox gənc yaşda müalicəyə gələn xəstələrimiz var, amma müalicədən sonra xəstəlik aradan qalxır. Müasir tibb onlara ailə qurmaq, hamilə qalmaq və dolğun bir həyat yaşamaq imkanı verir".
"Acıbadem" Bakı nümayəndəliyi : Səməd Vurğun küçəsi, 36, telefon: (+994 12) 595-96-81
"Acıbadem" Gəncə nümayəndəliyi: Məmməd Xəlilov küçəsi, 4-cü mkr, mənzil 15, telefon: (+994 22) 255-07-06
Siz həmçinin internet saytı və ya klinikanın rəsmi nümayəndəliyi vasitəsilə sorğu göndərməklə "Acıbadem" şəbəkəsinin aparıcı həkimlərindən pulsuz ikinci tibbi rəy ala bilərsiniz.
Rəylər