Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Qobu sakini Nisəxanım Qəniyeva keşməkeşli ailə həyatından danışıb.
O söyləyib ki, qaynı bacısını istəyib, lakin atası bu izdivaca razı olmayıb. Atası bir ailəyə iki qız vermək istəmədiyini söyləyib. Buna görə də, evlərində həyat yoldaşının ailəsi ilə münasibətləri pisləşməyə başlayıb. Nisəxanım Qəniyevanın həyat yoldaşı bezərək evdən gedib. O isə buna dözməyərək, övladları ilə birlikdə ata evinə qayıdıb.
"Yoldaşım evimə arvadı ilə gəlirdi. Arvadı tək buraxmırdı onu. Süfrə açırdım, yeyirdi, söhbət edirdi, çıxıb gedirdi. Bir dəfə evlərində oğlu ilə arasında mübahisə yarandığı üçün yoldaşı ilə gəlib burada qalmışdılar. 1993-cü ildə yoldaşım dünyasını dəyişdi. Övladlarım onu çiynində son mənzilə yola saldılar", - deyə N.Qəniyeva söyləyib.
Qobu sakini hansı kişilərin güvənilməz olduğundan da söz açıb: "Gəlib yalandan səni tumarlayan, aldığı hədiyyələrlə səni aldadan kişilərə güvənmək olmaz. Əgər işi düşəndə nəsə gətirəcəksə, bu, korun gözündən pərdə asmaqdır. Kişi yoldaşı ilə dilbir olsa, o evi tikəcək. Hərə bir şey deyəndə ev tikilmir. O evdə heç vaxt xoşbəxtlik olmaz. Bu zaman uşağın da tərbiyəsi pozulacaq".
Daha ətraflı süjetdə:
Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Rəylər