Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayında Qobu sakini Məmmədağa Orucəliyev ailə həyatı mövzusunda keçmişdən gələn dəyərlərdən bəhs edib.
M.Orucəliyev evlənməyin yox, evli olmağın çətin olduğunu söyləyib:
"Problemsiz ailə yoxdur. İndi ailələrin dağılmasının başlıca səbəbi cavan ailəyə olan kənar müdaxilələrdir".
Qobu sakini ailədə yaşanan neqativ halların müzakirə edilərək ictimaiyyətə çatdırılmasının düzgün olmadığını vurğulayıb:
"Bir çox kanallarda sosial verilişlər var. Evin sirrini aləmə car çəkmək düzgün deyil, bu xalqımızın adına ləkə gətirən amillərdəndir. Çünki bunları dostlarımızla yanaşı, düşmənlərimiz də izləyir. "Azərbaycan ailələri" adlı veriliş də açılsın. Bizim nə qədər nəcib, cəfakar ailələrimiz var. Həmin nənələri, babaları da göstərək".
Daha ətraflı süjetdə:
Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayında Qobu sakini Məmmədağa Orucəliyev ailə həyatı mövzusunda keçmişdən gələn dəyərlərdən bəhs edib.
Rəylər