Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi kinoloqların xidməti itlərlə gömrük nəzarətinin həyata keçirilməsində iştirakını təmin edən etmək üçün yaradılıb. 3.5 hektar ərazini əhatə edən mərkəz 2003-cü ildə istifadəyə verilib.
Mərkəzin əsas işi gömrük orqanlarının kinoloqlarının hazırlığının və peşə keyfiyyətlərinin təkmilləşdirilməsini təşkil etmək, gömrük orqanlarında kinoloji sahə üzrə kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək, kinoloji fəaliyyətin təşkili, inkişafı və təminatı məsələlərində gömrük orqanlarının struktur bölmələri və digər ölkədaxili və xarici dövlət qurumlarının kinoloji xidmətlərinin kinoloqları ilə birgə əməkdaşlıq, narkotik vasitələrin, odlu silahların, partlayıcı, psixotrop və digər fərdiliyə malik maddələrin aşkar edilməsi məqsədilə kinoloqların xidməti itlərlə gömrük nəzarətinin keçirilməsində iştirakını və s. təmin etməkdir.
PhotoStock.Az-ın əməkdaşı Kinoloji Mərkəzdən fotoreportaj hazırlayıb.
Daha çox foto burada: PhotoStock.Az
Rəylər