Gəncə şəhərində müşahidə olunan aramsız yağışlar nəticəsində asfalt örtükdə dağıntılar əmələ gəlib.
"Qafqazinfo"nun məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektinə qədər olan 2,4 kilometrlik hissəsinin sol sahilindəki bəndlər aşınıb.
Hadisə yerinə aidiyyəti üzrə rəsmilər cəlb olunublar.
Faktla bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələ ilə əlaqədar əməkdaşlar tərəfindən əraziyə baxış keçirilib.
Baxış zamanı məlum olub ki, son zamanlar Qərb bölgəsində yağan aramsız yağışlar səbəbi ilə Gəncəçayda sululuq artıb.
Yaranmış təhlükənin aradan qaldırılması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət ünvanlanıb.
Həmin görüntüləri təqdim edirik:
14:12
Bir neçə gün öncə Gəncədə 3 saylı xəstəxananın yaxınlığındakı avtomobil yolunun asfalt örtüyündə çatlar və qırılmalar əmələ gəldiyi ilə bağlı görüntülər yayılıb.
Sakinlərin şikayətlərinə görə, bu, ətrafdakı evlər üçün də təhlükə yaradıb. Onlar torpaq sürüşməsinin baş verməsindən narahat olduqlarını bildiriblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, sözügedən məsələ ilə əlaqədar icra hakimiyyətinin başçısı aparatının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib:
"Baxış zamanı məlum olub ki, son zamanlar Qərb bölgəsində yağan aramsız yağışlar səbəbi ilə Gəncəçayda sululuğun artması nəticəsində çayın, şəhərin F.Həsənov küçəsindən N.Gəncəvi prospektinə qədər olan 2,4 km-lik hissəsinin sol sahilindəki bəndlər aşınıb. Yaranmış təhlükənin aradan qaldırılması məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət ünvanlanıb", - deyə məlumatda qeyd edilib.