Ukraynanın Xarkov vilayətinin Vovçansk rayonuna hücum edən Rusiya ordusu ilə ağır döyüşlər rayon mərkəzi və ətraf kəndlərində vəziyyəti kritik həddə çatdırıb.
"Report"un Şərqi Avropa bürosu Ukraynanın Rusiya ilə sərhədində yerləşən və hazırda ağır döyüşlərin getdiyi Vovçanskın 10 kilometrliyindəki nöqtədən sakinlərin təxliyəsində iştirak edib və fotoreportaj hazırlayıb.
Məlumata görə, bir günə cəmi 100 nəfəri çıxarmaq mümkün olub. Xilas olan şəhər sakini Lyubov İvanova "Report"a bildirib ki, vəziyyət çox ağırdır:
"Bunu yaşamayan başa düşə bilməz. Dayanmadan bombalayırlar, altı sutkadır, yata bilmirik. Hər şeyimiz orada qaldı, güclə oradan çıxa bildik".
Rəylər