Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Azərbaycan Hava Yolları" QSC "CANSO GreenATM" ekoloji akkreditasiya proqramına qoşulacaq
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) aviasiya sahəsində ekoloji məsuliyyətin artırılmasına yönəldilmiş nüfuzlu "CANSO GreenATM" akkreditasiya proqramının üzvü olmaq niyyətini nümayiş etdirən Anlaşma Memorandumu imzalayıb. AZANS dayanıqlılığa sadiqliyini göstərmək üçün proqram çərçivəsində akkreditasiyadan keçəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.
"GreenATM" proqramına qoşulmaq üçün sənədi AZAL-ın prezidenti Samir Rzayev və CANSO-nun baş direktoru Saymon Hokkard imzalayıblar.
Bu mühüm addım iyunun 11-dən 13-nə kimi Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası çərçivəsində atılıb.
"CANSO GreenATM" proqramı aeronaviqasiya xidmətləri təchizatçılarına ekologiya ilə bağlı səylərinin müstəqil beynəlxalq akkreditasiyasını təqdim edir. Təchizatçıların fəaliyyəti onların ətraf mühitə təsiri və tullantıların azaldılması ilə bağlı təşəbbüsləri əsasında qiymətləndirilir. Akkreditasiya prosesi hava gəmilərinin yerdə, aerodrom zonasında və uçuş marşrutunda idarə olunmasını, eləcə də infrastrukturu əhatə edir. Qiymətləndirmə ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin effektivliyini təsdiq edən proqramın beş səviyyəsi üzrə aparılır.
"Bu proqramda iştirak aviasiyanın Azərbaycanın ətraf mühitinə təsirinin azaldılmasına təşəbbüs göstərdiyimizi əks etdirir. Akkreditasiyanın fəaliyyətimiz və daha geniş auditoriya üçün müsbət təsirlərini səbirsizliklə gözləyirik. Bu hadisənin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-dan əvvəl baş tutması bizim üçün mühüm nailiyyətdir", - deyə AZAL-ın prezidenti Samir Rzayev sənədin imzalanması mərasimində bildirib.
"GreenATM" konsepsiyasını qəbul etməklə "Azəraeronaviqasiya" HHİ dayanaqlı inkişaf məsələləri üzrə dialoqu təşviq edərək və aviasiya sahəsinin digər maraqlı tərəflərini analoji təşəbbüsləri həyata keçirməyə həvəsləndirərək nümunə göstərməyə çalışır.
"Biz "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinə və "Azərbaycan Hava Yolları" QSC-yə "CANSO GreenATM" proqramına qoşulmaq üçün fəal yanaşmalarına görə minnətdarlığımızı bildiririk. Onların bu proqramda iştirak üçün göstərdiyi səyləri hava hərəkətinin qlobal idarəedilməsi məsələsində daha dayanıqlı gələcəyə nail olmaq yolunda vacib addımdır", - deyə Saymon Hokkard çıxışında vurğulayıb.
Dünyanın diqqəti iqlim dəyişikliyi probleminin həllinə yönəldiyi bir vaxtda AZANS-ın "GreenATM" proqramına tərəfdar çıxması aviasiya sahəsinin davamlı inkişafla bağlı qlobal məqsədlərinə çatmaqda mühüm rol oynadığını vurğulayır.
Bu təşəbbüs təkcə ətraf mühitin mühafizəsini dəstəkləmir, həm də hava hərəkətinin davamlı idarə edilməsi sahəsində gələcək birgə səylər üçün əhəmiyyətli töhfə verir.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Heydər Əliyev Beynəlxalq Aeroportu COP29 çərçivəsində "Azaltma" sertifikatı əldə edib
- AZAL və "CarbonClick" aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
- AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
- AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır
- Azərbaycan və Çin arasında aviadaşımaların inkişaf perspektivləri müzakirə edilib