15 İyul – Türkiyə Demokratiya və Milli Birlik Günüdür
15 İyul – Türkiyə Demokratiya və Milli Birlik Günüdür
Demokratiya və Milli Birlik Günü Türkiyədə hər il iyulun 15-də qeyd olunan dövlət bayramıdır. 15 İyul - dövlət çevrilişi cəhdi zamanı həlak olan 250-dən çox mülki şəxs, polis və əsgərin xatirəsini anmaq üçün ümumi bayram elan olunub.
Türkiyə Silahlı Qüvvələrinin tərkibində Yurdda Sülh Konseyi adı altında təşkil edilən bir qrup əsgər 2016-cı il iyulun 15-də Türkiyənin 65-ci hökumətinə və Türkiyə prezidentinə qarşı dövlət çevrilişinə cəhd etdi. İyulun 16-da səhər saatlarında Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində çevriliş cəhdinin qarşısı alındı. Hadisələr nəticəsində çevrilişə qarşı çıxan 253 nəfər (180 mülki şəxs, 62 polis, 6 əsgər və b.) həlak oldu.
15 iyul 2016-cı ildə ölkənin bir çox qurumlarına, xüsusən də ordu və polisə sızaraq əsl ambisiyalarını ortaya qoyan FETÖ-nün qanlı çevriliş cəhdi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışına Türkiyənin hər yerində demokratiyanı müdafiə etmək üçün meydanları dolduran vətəndaşların dəstəyi ilə alındı.
Anma gününün adı ilk olaraq Demokratiya və Müqavimət Haqqı Günü kimi qəbul edilmişdi, sonra Demokratiya və Milli Birlik Günü olaraq dəyişdirildi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27-ci Muxtarlar Yığıncağında dedi: “Milli Təhlükəsizlik Şurasının iclasında hökumətə 15 iyul Demokratiya və Azadlıq Anma Günü” olaraq tövsiyə edilib və bundan sonra hər il iyulun 15-i şəhidlərimizi və qazilərimizi anma günü kimi bayram olacaq”.
Ölkənin o zamankı Baş naziri Binəli Yıldırım qanun layihəsinin hazırlanaraq 2016-cı il oktyabrın 11-də parlament üzvlərinin imzasına təqdim edildiyini açıqladı. 29 oktyabr 2016-cı il tarixli “Resmi Gazete”də dərc edilən 6752 saylı qərarla 15 İyul - Demokratiya və Milli Birlik Günü adı altında rəsmi bayram elan edildi.
Türkiyə Böyük Millət Məclisi 15 iyul 2017-ci ildə ilk dəfə qeyd olunan Demokratiya və Milli Birlik Günü üçün xüsusi olaraq toplandı. Ölkənin bütün rayonlarında gün boyu “Demokratiya növbəsi” saxlanıldı. İstanbulun Kısıklı, Altunizadə və Çengelköydən başlayan və minlərlə adamın qatıldığı Milli Birlik Yürüşü Boğaziçi körpüsündəki tədbirlə sona çatdı. Daha sonra prezident Ərdoğan mərasim sahəsində çıxış etdi. Gecə Türkiyənin bütün məscidlərində səlalar oxunurdu.
İyulun 16-da səhər saatlarında paytaxt Ankarada Birinci Parlament Binasından başlayaraq indiki Türkiyə Böyük Millət Məclisində sona çatan Milli Birlik Yürüşü oldu. TBMM-nin qarşısında prezident və parlament sədrinin iştirakı ilə anma mərasimi keçirildi. Bu zaman İstanbul və Ankarada mərasimlərin olduğu ərazilərə uçuş qadağası qoyuldu, İstanbuldakı Boğaziçi körpüsü nəqliyyata bağlandı.
Türk millətinin cəsarəti və qətiyyəti ilə əldə edilən bu qələbə dünyada bənzəri olmayan bir əhval-ruhiyyəni, demokratiya şüurunu ortaya qoydu. Xalq 15 iyul çevriliş cəhdinin və işğal cəhdinin qarşısını alaraq Türkiyənin keçilməz olduğunu dünyaya sübut etdi.
Türkiyə 15 İyul Zəfərinin 8-ci ildönümündə də vətənləri və bayrağı üçün tərəddüd etmədən ölümə gedən şəhidlərini yada salır. Qələbə ilə nəticələnən bu mənalı müqaviməti və mübarizə ruhunu ictimai yaddaşda yaşatmaq üçün hər il 15 İyul Demokratiya və Milli Birlik Günü müxtəlif tədbirlərlə qeyd olunur.
R.T.Ərdoğanın çağırışı və gecənin qaranlığını işıqlandıran duruşu, millətimizin uzaqgörənliyi və şərəfli müqaviməti ilə iyulun 15-də yazdığı dastanı unutmayacağıq və heç kəsə unutdurmayacağıq. Bu torpaqları vətənimizə çevirən bütün şəhidlərimizi və Türkiyə Cümhuriyyətini quran, bu torpaqlarda möhkəm qalmamızı təmin edən Qazi Mustafa Kamal Atatürkü rəhmət, rəhmət və rəhmətlə yad edir, Veteranlarımıza can sağlığı və əmin-amanlıq diləyirik. Bir daha belə günlər yaşamayaq.