Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xronika: "Qərbi Azərbaycanda qışa hazırlıq adətləri və mərasimləri"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Ağbaba-Şörəyel mahallarında buna görə düyü yeyilmirdi" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Nailə Əskər Qərbi Azərbaycanda qışa hazırlıq, əkinçilik adətləri və mərasimlərdən söz açıb.
Bildirilib ki, Ağbaba-Şörəyel mahallarında sərt qışa hazır olmaq üçün, qarın gəlişinə hazırlıqda canlanma olurdu.
Onun sözlərinə görə, bu bölgədə qış çox sərt olurdu, yollar aylarla bağlı qalırdı. Ağbaba, Şörəyel mahallarında buna görə qışda düyü yeyilmirdi: "Düyü soyuqluq gətirir deyə, qışda onu yemək olmazdı. Qərbi Azərbaycanda yayılan bu folklor nümunələrinin adı lüğətdən çıxarılıb".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar"
- Qərbi Azərbaycan Xronikası: Hayların hiyləsi - Ayaslı necə Ayqestan oldu?
- Qərbi Azərbaycan Xronikası: "Zəngəzur dəhlizinə nəzarət uğrunda böyük savaş gedir"
- Xronika: "Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər"
- Xronika: Paşinyan Qərbi Azərbaycanla "Qərbi Ermənistan" iddiasını niyə eyniləşdirir?