Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vladanka Andreyeva: "DİM-lərə nail olmağı Azərbaycandan öyrənməyə hazır olan ölkələr var"
"Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində irəliləyişlərin sürətləndirilməsinə sadiqliyini nümayiş etdirir".
Bunu "Report"a müsahibəsində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.
"Ötən ilin sentyabrında keçirilən DİM Sammitində Azərbaycan DİM-ə nail olmaq üçün öz ambisiyalarını və öhdəliklərini təsdiqləyən 40 ölkədən biri olub. Yüksəksəviyyəli siyasi öhdəlik bir sıra göstəricilər üzrə əhəmiyyətli irəliləyişlərə səbəb olub", - o bildirib.
V.Andreyeva vurğulayıb ki, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən 2015-23-cü illər üzrə aparılmış DİM-in tərəqqisinin təhlilinə əsasən, Azərbaycan DİM indikatorlarının 61-i üzrə irəliləyiş nümayiş etdirib:
"Birgə səylər və investisiyalar məqsədlərə çatmaq yolunda irəliləyişi daha da sürətləndirməyə kömək edə bilər".
Onun sözlərinə görə, Azərbaycan DİM-ə nail olmaq üzrə irəliləyişin dördüncü könüllü milli icmalını hazırlayır:
"Biz Laos Xalq Demokratik Respublikası ilə işləyirik, çünki Azərbaycandan öyrənmək istəyən ölkələr də var, Laosdan olan nümayəndə heyəti artıq burada olub. Laos Azərbaycan hökumətinin DİM-ə nail olmaqda necə irəliləyiş əldə etdiyini və könüllü milli icmalın hazırlanmasındakı təcrübəsini öyrənmək istəyir".
BMT-nin rezident-əlaqələndiricisi vurğulayıb ki, bu, regional və beynəlxalq dayanıqlı inkişaf platformalarında Azərbaycanın liderliyinin daha bir gözəl nümunəsidir, əldə olunan uğurları, çətinlikləri və dərsləri bölüşməyə, həmçinin qarşılıqlı öyrənməyə kömək etməyə imkan verir.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
- Metyu Brayza: "COP29-un Azərbaycanda keçirilməsi rəsmi Bakıya əlavə imkanlar yaradır"