Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Oxu.Az xəbər verir ki, səfirliyin "X" hesabında edilən paylaşımda deyilir:
"Adları əbədi olaraq Zəfər tarixinə həkk olunmuş qardaş Azərbaycanın şəhidlərinin əziz xatirəsini dərin ehtiramla anırıq".
Adları əbədi olaraq Zəfər tarixine həkk olunmuş qardaş Azerbaycanın şəhidlərinin əziz xatirəsini dərin ehtiramla anırıq.#27SentyabrAnımGünü pic.twitter.com/feGtZ3gBh8
— Türkiye in Azerbaijan (@TC_BakuBE) September 27, 2024
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da 27 Sentyabr - Anım Günü ilə bağlı X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Qardaş Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik!" - paylaşımda qeyd olunub.
Gardaş Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik!#27SentyabrAnımGünü pic.twitter.com/VpdTiVDImS
— Cahit Bağcı (@cahitbagci) September 27, 2024