Azərbaycan Ordusunun gündən-günə artan gücü Ermənistan parlamentinin spikeri Alen Simonyanı çaşdırır.
Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o, hətta ölkəmizin ordusunu gücləndirməsindən narazılığını ifadə edib.
"Mən başa düşmək istəyirəm ki, Azərbaycan kiminlə müharibəyə hazırlaşır. Axı Ermənistanla münaqişə üçün bu qədər silah-sursat qətiyyən lazım deyil", - deyə Simonyan bildirib.