İran Prezidenti İbrahim Rəisi Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla görüşündə Cənubi Qafqazda kənar dövlətlərə aid qüvvələrin olmasına qarşı çıxıb.
“Biz problemlərin həllinə kömək etdiklərini bəhanə gətirərək bölgədə əcnəbilərin mövcudluğu ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemlərin öhdəsindən gəlməyə kömək etməyəcək, əksinə, regionun xalqları və hökumətləri üçün daha böyük problemə çevriləcək”, - deyə dövlət başçısı deyib.
İran Prezidenti həmçinin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəklədiyini bildirib.
Mənbə: TASS