Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kazan şəhərində Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü olub
Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Qeyd edək ki, görüş barədə Azərbaycan Prezidenti İlham Əliyev də "X" hesabında paylaşım edib:
Kazan şəhərində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşünün nəticələrinə dair MƏLUMAT pic.twitter.com/DfeOSOuf2V
— İlham Əliyev (@azpresident) October 24, 2024
Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatında iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Kazan şəhərində XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyevin Kazan səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyev XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatının ilk plenar iclasında iştirak edib
- Liderlərin BRICS çərçivəsində qeyri-rəsmi görüşü olub
- İlham Əliyev Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafətdə iştirak edib
- İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü olub
- İlham Əliyev Kazanda Laosun prezidenti ilə görüşüb