Moldova prezidenti koronavirusa yoluxub.
Oxu.Az "Interfaks"a istinadən xəbər verir ki, Moldova Prezidenti Maya Sandu koronavirusa (COVID-19) yoluxduğunu bildirib.
"Təəssüf ki, bu gün və sabah keçiriləcək tədbirlərdə (Moldovanın Müstəqillik Gününə həsr olunmuş) iştirak edə bilməyəcəyəm. Məndə başqa əlamətlər yoxdur, amma özümü həmişəkindən daha çox yorğun hiss edirəm", - deyə Sandu sosial şəbəkə hesablarında videomüraciətində bildirib.
O, bir neçə gün təcriddə qalacağını bildirib.
Moldovada son iki həftədə COVID-19-a yoluxma hallarının sayı kəskin artıb. Avqustun 12-dən 18-dək artım 60%-i ötüb. Milli Səhiyyə Agentliyinin Mətbuat Xidməti xəbər verir ki, son bir həftə ərzində respublikada bu virusa 2 213 yoluxma halı qeydə alınıb. Təcili Tibbi Yardım İnstitutu vətəndaşlara ictimai yerlərdə qoruyucu maskalardan istifadə etməyi tövsiyə edib.