"Kimsə Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətinə kölgə salmağa çalışırsa, bununla bağlı müvafiq qərar qəbul ediləcək".
"Report" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında sədr Məzahir Pənahov danışıb.
O qeyd edib ki, milyonlarla insanın iştirak etdiyi proses nöqsansız ola bilməz:
"Bizə isə heç kimin hay-küyü, qabaqdangəlmişliyi təsir edə bilməz. MSK illərdir olan təcrübəsinə əsaslanaraq eyni prinsiplə işləyir. Verdiyimiz qərarlar əsaslandırılmışdır. İndiyə qədər yazılanlar, yayılanlar bizi maraqlandırmır. Öz işimizi görürük. Bütün müraciətlər, məlumatlar, hətta sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq, əsaslı qərar qəbul olunacaq".
Məzahir Pənahov: "İndiyə qədər yazılanlar bizi maraqlandırmır"