Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Karasin: "Moskva ilə Bakı arasında münasibətlər Rusiyanın xarici siyasətinin mühüm vektorudur"
"Moskva ilə Bakı arasında münasibətlər Rusiyanın xarici siyasətinin mühüm vektorudur".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
Karasin parlamentlərarası qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu, eləcə də ölkələrin beynəlxalq platformalarda fəal əməkdaşlıq etdiyini qeyd edib.
O, beynəlxalq nəqliyyat dəhlizi məsələsinə də toxunub və xatırladıb ki, onun vasitəsilə tranzit yüklərin daşınması üçün vaxtı əhəmiyyətli dərəcədə azaltmaq, eləcə də tranzit imkanlarını artırmaq mümkündür:
"Biz Azərbaycandan keçən marşrutu Şimal-Cənub Dəhlizinin qərb qolunun inkişafında mühüm nəqliyyat və logistika əlaqəsi hesab edirik. Azərbaycanın səylərini nəzərə alır və bu marşrutun imkanlarının genişləndirilməsi ilə bağlı liderlərimizin razılaşmalarının praktiki həyata keçirilməsinə tezliklə keçidin zəruriliyindən çıxış edirik", - o bəyan edib.
Mənbə: vmeste-rf.tv
"Rusiya - Azərbaycan münasibətləri" teqi üzrə xəbərlər
- Azərbaycan və Rusiyanın baş nazirləri ölkələr arasında cari əməkdaşlıq məsələlərini müzakirə ediblər
- Aktyorun və həyat yoldaşının ölümünün araşdırılmasında Rusiya ilə Azərbaycan əməkdaşlıq edəcək
- Azərbaycan və Rusiya Xəzər dənizi ilə bağlı işçi qrupu yaradıb
- Rusiya Azərbaycan ilə BRİKS və ŞƏT arasında qarşılıqlı fəaliyyətin intensivləşməsini alqışlayır
- Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları bir diplomata qarşı təxribatın qarşısını alıblar