"COP29-dan gözləntilərim qlobal miqyasda qəbul olunan qərarların yerinə yetirilməsidir. Bütün dünyada iqlim dəyişikliyi ilə mübarizədə ehtiyac duyulan maliyyənin miqdarı artırılmalıdır. Düşünürəm ki, həssas ölkələrlə digər ölkələrdən daha fərqli davranıla bilər".
Bu sözləri AZƏRTAC-a açıqlamasında İraqın yerli "Əssəd" təşkilatının həmtəsisçisi və prezidenti Qaşbin İdris Əli söyləyib.
İqlimlə bağlı layihələr üçün çoxlu dəstək və vəsaitin qazanılmalı olduğunu diqqətə çatdıran qonaq bununla bağlı müzakirələrə şərait yaratdıqlarına görə COP29-un təşkilatçılarına minnətdarlığını bildirib.
"Biz öz dizaynlarımızı, layihələrimizi və ideyalarımızı COP29-da nümayiş etdiririk. Düşünürəm ki, bununla biz iqlimlə bağlı qlobal fəaliyyət səylərinə dəstək verə bilərik", - deyə o əlavə edib.