İranda keçirilən növbədənkənar prezident seçkisinin ikinci turunda islahatçılar düşərgəsinin nümayəndəsi - azərbaycanəsilli Məsud Pezeşkian islam inqilabından sonra ölkənin doqquzuncu prezidenti seçilib.
Oxu.Az İran İslam Respublikasının yeni seçilmiş prezidenti haqqında qısa bioqrafik məlumatı oxucuların diqqətinə təqdim edir.
Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə İranın şimal-qərbində, Qərbi Azərbaycan vilayətinin Mahabad rayonunda anadan olub. O, kardioloq-cərrahdır, İran-İraq müharibəsi zamanı həkim kimi çalışıb.
2000-2001-ci illərdə səhiyyə nazirinin müavini, 2001-2005-ci illərdə isə İranın səhiyyə naziri vəzifəsində çalışıb.
2007-ci ildən deputat seçilib və beş müddət ərzində İran parlamentində Təbriz, Osku və Azərşəhr seçki dairələrini təmsil edib, həmçinin spikerin müavini vəzifəsini tutub.
M.Pezeşkian 1993-cü ildə avtomobil qəzasında həyat yoldaşını və uşaqlarından birini itirib. O, qalan iki oğlunu və qızını tək böyüdüb, bir daha evlənməyib.